Səhnəyə girən amerikalı lider az qala Braziliya bayrağını yıxacaq və çıxışı zamanı sözlərində çaşqınlıq yaranmışdı.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə Nyu-Yorkda keçirdiyi görüşdə özünü kobud aparıb və onun əlini sıxmayıb. Çıxışın videosunu GBN News Youtube kanalı yayıb.
Çoxları qeyd etdi ki, Amerika prezidenti işçilərin hüquqları ilə bağlı çıxışında ümumiyyətlə özünün ən yaxşı tərəfini göstərmədi – səhnəyə çıxanda Bayden az qala Braziliya bayrağını yerə yıxdı və sözlərində çaşqınlıq yaşadı.
Çıxışının sonunda Bayden Beynəlxalq Əmək Təşkilatının rəhbəri Gilbert Hungbo ilə əl sıxışdı, lakin Braziliya prezidenti, deyəsən, buna fikir verməyib, arxasına dönüb və səhnəni tərk edib.
Şayəstə Hüseynova





