ABŞ prezident Co Bayden 2024-cü il seçkilərində həlledici əhəmiyyət kəsb edən ölkənin ştatları turuna başlayıb.
Elchi.az bu barədə “Golos America”-ya istinadən xəbər verir.
Mənbənin verdiyi məlumata görə, Bayden çərşənbə günü Viskonsin ştatına gedib. Demokratlar ümid edirlər ki, Bayden seçicilərin dəstəyini qazanmaq üçün iqtisadi qazanclardan və rekord iş yerlərinin yaradılmasından istifadə edə biləcək.
Qeyd edək ki, Viskonsin yüksək rəqabətli ştat kimi tanınır. 2016-ci ildə buradakı seçicilərin əksəriyyəti respublikaçı Donald Trampı dəstəkləyib və 2020-ci ildə Baydenə üstünlük verib.
Bu gün isə Bayden Florida ştatının Tampa şəhərinə gedəcək. Demokratik Partiya liderləri Floridanın daha çox Respublikaçı namizədlərə səs verəcəyindən narahatdırlar.
Yeganə






