Bayden Pentaqonun məxfi sənədlərinin sızmasından narahatlığını ifadə edib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə və Kəşfiyyat Nazirliyinin məxfi sənədlərinin sızması narahatlıq doğurur, lakin bu materiallarda aktual heç nə yoxdur, Ağ Evin rəhbəri Co Bayden bildirib.
“Hazırda kəşfiyyat ictimaiyyəti və Ədliyyə Departamenti vasitəsilə genişmiqyaslı araşdırma aparılır. Biz açıqlamaya yaxınlaşırıq. Bunun baş verməsindən narahatam. Amma mənim bildiyim qədər aktual bir şey yoxdur”, – Amerika lideri İrlandiyaya səfəri zamanı deyib.
Şayəstə






