ABŞ prezidenti Co Bayden “NATO Zirvəsi çərçivəsində Litvada prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşmək çox gözəl oldu”,- deyə bəyanat verib.
Elchi.az xəbər verir ki, Bayden, NATO-nun Vilnüs Sammiti çərçivəsində prezident Ərdoğanla keçirdiyi görüşlə bağlı sosial media hesabından mesaj paylaşıb.
Prezident Bayden NATO Sammitinin Türkiyənin İsveçə qoşulma qərarı ilə “daha tarixi” bir məna kəsb etdiyini bildirib.
Prezident Ərdoğanla çəkdirdiyi fotosunu paylaşan Bayden, “NATO Zirvəsi çərçivəsində Litvada prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşmək çox gözəl oldu”-deyib.
Nuranə Məmmədova




