ABŞ prezidenti Co Bayden Amerikanın ispandilli “Telemundo” telekanalına müsahibəsində bildirib ki, gələn il keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə qərar verməyə hələ hazır deyil.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Mən hələlik bu qərarı verməyə hazır deyiləm”,-deyə Bayden bildirib.
Qeyd edək ki, Respublikaçı rəqiblər prezidentlik müddətinin bitməsini gözləmədən Baydeni impiçment elan etməklə hədələyirlər.
Yeganə





