ABŞ Prezidenti Co Bayden “Vaqner”in təsisçisi Yevgeni Priqojinə üsyan cəhdindən sonra yediyi yeməyə diqqət etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Bayden bunu Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.
“Biz onun harada olduğunu belə bilmirik. Mən onun yerində olsaydım, nə yediyimə baxardım”, – o bildirib.
ABŞ lideri sonra zarafat etdiyini qeyd edib:
“Zarafat bir yana, heç kim Priqojinin Rusiyada gələcəyinin necə olcağını dəqiq bilmir”.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





