ABŞ prezidenti Co Bayden Konqresdəki respublikaçılara müraciət edərək Ukraynaya yeni hərbi yardım göstərməyə çağırıb və xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi Moskvaya NATO müttəfiqlərinə hücum etmək imkanı verəcək.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Administrasiya rəsmisi bildirib ki, Vaşinqton dekabrın 6-da Kiyevə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırmışdı.
“Putin Ukraynanı işğal etsə, orada dayanmayacaq” deyən Bayden, Putinin NATO müttəfiqinə hücum edə biləcəyini, daha sonra isə “Amerika qoşunları Rusiya qoşunları ilə döyüşəcək”,-deyə qeyd edib.
“Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik”,-deyə Bayden vurğulayıb.
Yeganə






