Prezident Co Bayden çərşənbə axşamı Moskvaya xəbərdarlıq edib ki, nüvə silahından istifadə etməməlidir. Elchi.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu sözləri demək qərarına Rusiyanın BMT-də Ukraynanın “çirkli bombadan istifadə etməyi planlaşdırdığını” deməsindən sonra gəlib.
“Rusiya taktiki nüvə silahından istifadə edərsə, inanılmaz dərəcədə ciddi səhv edəcək. Mən hələ sizə zəmanət vermirəm ki, bu “saxta bayraq” əməliyyatıdır, biz bilmirik. Lakin bu, ciddi səhv olardı”, – deyə Bayden bildirib.
Xatırladaq ki, ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynanın öz ərazisində “çirkli nüvə bombası”ndan istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd edərək, bunu gərginliyin artması üçün bəhanə adlandırıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı da deyib ki, ABŞ Rusiyanın bəyanatlarından narahatdır, çünki o, “başqalarını etməkdə günahlandırdığı işi sona çatdırmağı planlaşdırdığını artıq nümayiş etdirib”.
Ukraynanın xarici işlər naziri bildirib ki, Kiyevin tələbi ilə MAQATE-dən müfəttişlər yaxın vaxtlarda Ukraynanın iki obyektini yoxlamaq üçün gələcək.
Yeganə Bayramova





