ABŞ prezidenti Co Bayden seçki kampaniyası çərçivəsində maliyyə toplama toplantısı zamanı Çin prezidenti Si Cinpini diktator adlandırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Nəşrin məlumatına görə, bu hadisə Kaliforniyada görüş zamanı baş verib. Bayden əlavə edib ki, Si Cinpinin fevralın 4-də ABŞ hava məkanında vurulan hava şarının dəqiq yeri barədə məlumatı olmaya bilər.
Amerika liderinin sözlərinə görə, çinli siyasətçinin bu obyektin kursdan çıxması barədə məlumatı olmayıb.
“Diktatorlar baş verənlərdən xəbərsiz olduqda həmişə böyük çaşqınlıq içində olurlar. Balon ora çatmamalı idi, sadəcə olaraq kursdan çıxdı”,-deyə Bayden vurğulayıb.
Yeganə





