Si Cinpinin üçüncü müddətə Çin prezidenti seçildikdən sonra xaricə ilk səfəri Moskvaya olub. Səfər mart ayında baş verib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu gün ABŞ prezidenti Co Baydenin bundan sonra Çin rəhbərinə hansı məsləhət verdiyi məlum olub.
Bayden Çinin Qərb investisiyalarından asılı olduğunu xatırladaraq, Si Cinpinə ehtiyatlı olmağı tövsiyə edib.
Reuters.com Baydenin sözlərindən sitat gətirib: “Mən dedim ki, bu, təhdid deyil. Bu, müşahidədir”.
ABŞ prezidenti Ukraynada münaqişə başlayandan bəri 600 Amerika korporasiyasının Rusiyanı tərk etdiyinə və Çin iqtisadiyyatının bu gün Rusiyadan daha çox Qərbdən asılı olduğuna diqqət çəkib.
Yeganə





