Ağ Evdən verilən məlumata görə, prezident Co Bayden gələn ay Çin prezidenti Si Cinpinlə görüşəcək.
Elchi.az bu barədə CNBC.com-a istinadən xəbər verir.
San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində liderlərin görüşü gözlənilir. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə deyib: “Şiddətli rəqabət gərgin diplomatiya deməkdir. Bizim siyasətimiz və Çinlə irəliləyişimiz dəyişməyib”.
Pierre ABŞ prezidentinin gündəliyi ilə bağlı əlavə təfərrüatlar verməkdən imtina edərək, yalnız Baydenin Si Cinpin ilə “sərt” söhbəti olacağını söyləyib.
Yeganə






