ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı hər hansı yeni siyasət elan etməyəcək.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Ağ Evə istinadla məlumat yayıb.
ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edəcək.
Bildirilib ki, prezident qısa şərhlə çıxış edəcək. ABŞ hər zaman olduğu kimi yüksək səviyyəli diplomatiyaya hazırdır.
Baydenin çıxışı saat 15.30-da (Bakı vaxtı ilə 16 fevral 00.30) başlayacaq.





