Amerika prezidenti Co Bayden Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gəlməmək Vaşinqton üçün “dəlilik” olardı. Elchi.az bu barədə RİA Novostiyə istinadən yazır.
Dövlət başçısının sözlərinə görə, amerikalı siyasətçilər Kiyevə yardımla bağlı razılığa gəlməsələr, ABŞ-ın maraqlarına zidd gedəcəklər. “Ukraynaya dəstək verməmək tamamilə dəlilikdir”- deyə o bildirib.
Bundan əvvəl respublikaçı senatorlar Bayden administrasiyasının Ukrayna və İsrailə yardım tələbi ilə bağlı iclası tərk ediblər. Onlar həmçinin Kiyevə yardımın əleyhinə səs verməyə çağırıblar.
Havar Şəfiyeva






