Ağ Evin mətbuat xidmətinin məlumatına görə, ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden birgə vergi bəyannaməsini dərc ediblər və orada ailənin illik gəliri 579.500 min dollar olub. Bunun 169,8 dolları 2022-ci ildə federal vergilərin ödənilməsinə ayrılıb.
Elchi.az xəbər verir ki, açıqlanan məlumatlara görə, gəlir vergisi dərəcəsi 23,8 faiz təşkil edib.
Bayden və həyat yoldaşı ailə evi olan Delaverdə də 29 min dollardan çox vergi ödəyiblər. Bundan başqa, prezident cütlüyü xeyriyyə işlərinə 20,1 min dollar bağışlayıb.
20 xeyriyyə şirkəti ianə alıb. Ən böyük ianə, 5 min dollar məbləğində, uşaqların zorakılıqdan qorunması ilə məşğul olan ABŞ prezidentinin vəfat etmiş oğlunun fondu tərəfindən alınıb.
Xatırladaq ki, ötən il Ağ Ev rəhbəri ailənin 610 min dollarlıq gəliri haqqında hesabat təqdim etmişdi.
Yeganə





