ABŞ prezidenti Co Bayden və İsveçin baş naziri Ulf Kristersson Ağ Evdə görüşüblər.
Elchi.az xəbər verir ki, görüşdən əvvəl iki lider kameralar qarşısında açıqlamalar verib.
Bayden ABŞ-ın İsveçin NATO-ya üzvlüyünə dəstəyini təkrarlayaraq, İsveçin NATO-ya üzvlüyünü səbirsizliklə gözlədiyini bildirib. Kristersson isə Baydenə dəvətinə görə təşəkkür edib və İsveçin NATO üzvlüyünə verdiyi dəstəyi “yüksək qiymətləndirdiyini” deyib.
Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəliblər və Finlandiyanın üzvlük prosesi ötən ilin aprelində tamamlanıb. Macarıstan və Türkiyə İsveçin NATO-ya üzvlüyünü hələ təsdiq etməyiblər. İsveç, Türkiyə və NATO iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Zirvəsi öncəsi İsveçin NATO üzvlüyünü müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.
Nuranə Məmmədova




