ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Balidə keçirilən G20 sammitində ikitərəfli danışıqlar aparıblar.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidməti onların görüş zamanı müzakirə etdikləri mövzuları qeyd edib.
“Liderlər Rusiyanın Ukraynaya vurduğu zərbələri müzakirə edib və onların hökumətlərinin Ukraynanı güclü dəstəklədiyini vurğulayıblar”, – deyə mətbuat xidmətindən bildirilib.
Xidmətin məlumatına görə, Baydenlə Sunak Polşa ərazisinə düşən raketi də müzakirə ediblər və aparılan araşdırmaya dəstək verdiklərini söyləyiblər.
Bundan əlavə, Bayden və Sunak iqlim böhranının aradan qaldırılması mövzusuna və bir sıra digər qlobal problemlərə, o cümlədən Çinin çağırışları ilə bağlı məsələyə toxunublar.
Yeganə




