Ağ Evin rəhbəri Co Bayden NATO-nun Vilnüs sammitində olarkən Ukrayna prezidenti Vladimir Zelenski ilə, eləcə də digər liderlərlə şəxsi görüş keçirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi “Politico” ABŞ administrasiyasının rəsmi nümayəndəsinə, eləcə də planlarla tanış olan digər iki məmura istinadən məlumat yayıb .
“Prezident Co Bayden bu həftə NATO sammiti zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsən danışmağa vaxt taparaq iki yüksək səviyyəli ikitərəfli görüş keçirməyi planlaşdırır” , – nəşr qeyd edib.
Nuranə Məmmədova




