“NBC News”-un məlumatına görə, ABŞ prezidenti Co Bayden iyunun 5-də ABŞ Konqresinin dövlət borcuna dair sazişi qəbul edəcəyinə əmin olduğunu bildirib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Baydenin sözlərinə görə, əvvəllər o, dövlət borcu məsələsi ilə bağlı fikirlərini bölüşən bir çox insanlarla söhbət edib.
“Əminəm ki, bu məsələ ilə bağlı hər iki palatada səs toplayacağıq”,- deyə Bayden qeyd edib.
O, aydınlaşdırıb ki, hazırda bu qanun layihəsinin iyunun 5-dən əvvəl qəbul edilməməsi üçün heç bir problem yoxdur.
Yeganə




