ABŞ prezidenti Co Bayden Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin “qəbuledilməz” olacağını bəyan edərək, belə bir hərəkətin istənilən rejimin“sonunu gətirəcəyi” barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki,Bayden və Cənubi Koreya prezidenti Yoon Suk-yeol Ağ Evdəki görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Bayden buradakı çıxışında ikitərəfli əlaqələrin iqtisadiyyat, texnologiya və bir çox başqa sahədə inkişaf etdiyinə diqqət çəkib və bunu “uğur hekayəsi” olaraq xarakterizə edib.
Güclü ikitərəfli müdafiə razılaşmalarını izah edən Bayden, Şimali Koreyanın nüvə fəaliyyətlərinə qarşı Koreya yarımadasında “genişlənmiş nüvə qarşısının alınması” mövzusunda öhdəlik götürdüklərini də ifadə etdi.
Bayden bu çərçivədə ölkəsi ilə Cənubi Koreya arasında “Vaşinqton Bəyannaməsi”nin imzalandığını və nüvə təhlükələri qarşısında danışıqlar aparmaq üçün iki ölkə arasında Nüvə Məsləhət Qrupunun yaradılacağını bildirib.
Bu yolla Cənubi Koreya ilə nüvə çəkindirmə mövzusunda daha sıx əməkdaşlıq quracaqlarını söyləyən Bayden, digər tərəfdən də yarımadaya nüvə silahlarının yerləşdirilməyəcəyini, nüvə sualtı səfərlərinin olacağını vurğuladı.
Bayden Şimali Koreyanı təhdid edərək, Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin “qəbuledilməz” olacağını və belə bir hərəkətin istənilən rejimi “məhv edəcəyini” xəbərdar edib.
Nuranə Məmmədova





