ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı xüsusi müraciət edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Amerika lideri bildirib ki, o, Yeddilik Qrupu ölkələri ilə Kiyevə yardımın davam etdirilməsini müzakirə edib. Eyni zamanda o qeyd edib ki, şəxsən Ukraynadan üz döndərməyə hazır deyil.
Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Vaşinqtondan yeni hərbi yardım paketi alacağını açıqlayıb. O aydınlaşdırıb ki, söhbət 175 milyon dollara qədər olan tədarükdən gedir.
Havar Şəfiyeva






