"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Baydenin açıqlaması öz kimliyini gizlətməyə xidmət edir və riyakarlığın böyük nümunəsidir”

13 İyun 2022 - 17:04
in MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, ruslar Ukraynanın daha bir şəhərini – Severodontski işğal etdi. Bu ərəfədə Bayden Zelenskini ittiham etdi ki, o, ABŞ-ın Rusiyanın Ukraynaya hücum edəcəyi barədə xəbərdarlığını ciddi qəbul etməyib. Nə baş verir?

– Müharibə başlayanda açıqlama vermişdim ki, nə zamansa Rusiya arxivləri açılsa və Baydenin rus agenti olması üzə çıxsa gərək heç kim təəccüblənməsin. Bu ehtimal çox böyükdür. 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunda da o vitse-prezident idi. Onu da söyləmişdim ki, Qərb müharibəni dayandırmaq üçünUkraynanı ciddi ərazi ittikilərini qəbul etməyə məcbur edəcək. Qərb liderləri müqavimət göstərdiyi üçün Zelenskiyə çox qəzəblidir. Onların Rusiya və Putin əleyhinə kəskin danışması öz xalqlarını və beynəlxalq ictimaiyyəti aldatmaq üçündür. Hamı görür ki, onların Ukraynaya verdiyi dəstəklə Ukrayna Rusiya hərb maşını qarşısında dayana bilməyəcək. Qərb liderlərinin böyük əksəriyyəti xaraktercə qorxaq və korrupsiyaya bulaşmış adamlardır. Açıq sezilir ki, Rusiyada onlara qarşı kifayət qədər ifşaedici məlumatlar var.

Baydenin açıqlaması öz kimliyini gizlətməyə xidmət edir və riyakarlığın böyük nümunəsidir. Bayden demir ki, Zelenski onların xəbərdarlığını ciddi qəbul etsəydi nə etməliydi. Ukrayna onsuz da bütün gücünü səfərbər etmişdi. Bayden isə Ukraynaya hərbi dəstək vermək əvəzinə 2014-cü ildə olduğu kimi Rusiya Ukraynaya hücum etsə onlar döyüşə girməyəcək, yalnız Rusiyaya sanksiyalar tətbiq edəcəkləri barədə danışırdı. Zelenski o zaman yalvarırdı ki, Rusiyanı dayandırmaq üçün müharibə başlamamış sanksiyalar tətbiq edin, yaxud heç olmasa sanksiyaların siyahısını açıqlayın. Siz müharibə olacağından danışırsınız, amma bizə kömək etmirsiniz. Əvəzində investorlar ölkədən qaçır, insanlar iş yerlərini itirir, iqtisadiyyat zəifləyir və s. Amma onlar Rusiyanı dayandırmaq üçün nə Rusiyanın şərtlərini qəbul etmədilər, nə də Ukraynaya əhəmiyyətli kömək etmədilər. ABŞ və Britaniya nüvə silahını təhvil verməsi qarşılığında Ukraynanın təhlükəsizliyinə zəmanət vermiş ölkələrdir. Hazırda növbəti dəfə Ukrayna torpaqları işğal olunur və bu iki ölkə liderləri qorxularından və ola bilsin həm də başqa iyrənc geosiyasi oyunları səbəbindən susublar. Amma anlamırlar ki, tarixdə rəzil qorxaqlar kimi qalacaqlar.

– Belə vəziyyətdə Ukrayna nə edə bilər?

– Zelenski təcrübəsizliyindən vaxtında düzgün qərarlar qəbul edib ölkəsini müharibədən yayındıra bilmədi. Hazırda Ukrayna müharibəni uduzur, Zelenskinin itirəcəyi elə bir şey yoxdur. O, satqın Qərb liderlərini ən azından indi tanımağa başlayıb. Zelenski Qərb ölkələrinin xalqlarına birbaşa müraciət etməlidir ki, onlar hökumətlərinə təzyiq etsin. Ukraynanı yalnız xalqın ölüm-dirim savaşına girməsi, yenilməz iradəsi xilas edə bilər. Zelenski və ətrafı pessimist açıqlamalarına son qoymalı xalqı qələbəyə inandırmalıdır. Yox, özləri qələbəyə inanmırsa, onda təslim olub Rusyanın şərtlərini qəbul etməlidirlər. Müharibənin qanunları bunu tələb edir.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşa Bəyannaməsi ortaq milli-mənəvi dəyərlərə sədaqətin nümunəsidir

Next Post

İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib

İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib

Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.