Şotlandiyanın birinci naziri Nikola Sturgeon səkkiz illik vəzifəsindən istefa verdiyini açıqlayıb. Sturgeon bu barədə fevralın 15-də Edinburqda mətbuat konfransında deyib: “Bu gün mən birinci nazir və Şotlandiya Milli Partiyasının rəhbəri vəzifəsindən istefa vermək qərarımı elan edirəm”.
Elchi.az TASS-a istinadən bildirir ki, o, Şotlandiyanın yeni birinci naziri seçilənə qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcəyini qeyd edib.
52 yaşlı Sturgeon 2014-cü ildən Şotlandiya Milli Partiyasına rəhbərlik edir. O, bütün sələflərindən daha çox regional hökumətin başçısı vəzifəsində çalışıb. Sturgeonun qərarı şotlandiyalı seçicilərin ölkədəki vəziyyətdən, xüsusən də səhiyyə və təhsil sahələrindəki vəziyyətdən artan narazılığı ilə bağlı ola bilər.
Bəzi tənqidçilərin fikrincə, Şotlandiyanın birinci naziri daha aktual problemləri həll etməli olsa da, Böyük Britaniyanı tərk etmək üçün yeni referenduma nail olmaq üçün çoxlu partiya resursları və qüvvələri sərf edib. Əvvəlki plebisit 2014-cü ildə keçirilib, onun iştirakçılarının 55%-i Edinburq və London arasında ittifaqın saxlanmasının tərəfdarı olub.
Yeganə






