ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Gürcüstandan olan respublikaçı Marjorie Taylor Green bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək üçün milyardlarla dollar xərcləyir, Ağ Ev isə Havay adalarında baş verən yanğınların qurbanlarına cəmi bir neçə yüz vəsait ayırır. Elchi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bayden Lahaina yanğınlarında hər şeyini itirmiş yoxsul insanlara 700 dollar birdəfəlik yardım edir, lakin Ukraynaya daha 20 milyard dollar göndərmək istəyir” deyə o, yazıb.
Bundan əvvəl yerli hakimiyyət orqanları Maui və Böyük Ada adalarını əhatə edən meşə yanğınlarının nəticələrindən Havay adalarının bərpasını 5,52 milyard dollar dəyərində qiymətləndirib.
Havar Şəfiyeva




