"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Baydenin yuxudan ayılmasına və tarixi öyrənməsinə ehtiyac var”

28 Aprel 2021 - 00:09
in XƏBƏR LENTİ

Qüdrət Həsənquliyev: “Paşinyanın sorosçu dəstəsini başqa cür də müdafiə etmək mümkündür”

“Biz, həqiqətən çox xoşagəlməz bir hadisəni müşahidə elədik. Amerikanın keçmiş prezidenti Donald Tramp Co Baydeni “yuxulu Co” adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına və tarixi öyrənməsinə, reallıqlara nəzər yetirməsinə və ermənilərin yox, vicdanının səsinə qulaq asmasına çox böyük ehtiyac var”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu fikirləri parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili “biz onun Azərbayacana yönəlik haqsızlığı ilə hələ 1992-ci ildə üzləşmişik”, – deyə əlavə edib: “Ermənilər Xocalıda dəhşətli soyqırım törətdilər. Amma Amerika Birləşmiş Ştatları buna münasibət bildirmədi. Azərbaycan torpaqlarının işğalına, Dağlıq Qarabağda, Ermənistanda aparılan etnik təmizləmə siyasətinə heç bir münasibət bildirmədilər, reaksiya vermədilər. Əvəzində isə, 1992-ci ilin payızında biz, işğal altında olan bir neçə yaşayış məntəqəsini işğaldan azad edəndə “Azadlığa Yardım Aktına” 907-ci düzəlişi qəbul edib, Azərbaycana sanksiya tətbiq etdilər. Çoxları soruşur ki, niyə Co Bayden “erməni soyqırımı” sözünü işlətdi? Ona görə ki, onlara bu günkü Türkiyənin apardığı müstəqil siyasət sərf eləmir və onları qıcıqlandırır. Onlara 1992-ci ildəki Türkiyə lazımdır. 1992-ci ildə Azərbaycan torpaqları işğal olunanda Ermənistana taxıl göndərilməsi üçün Türkiyə rəhbərliyinə təzyiq etdilər. Beləliklə də onları bu cür alçaltdılar. Yəni bir tərəfdən onların qardaşlarının torpaqları işğal olunur, digər yandan Türkiyə işğalçı dövlətə taxıl göndərərək yardım edir. Onlara belə bir Türkiyə lazımdır. Ona görə də, onlar Türkiyənin müstəqil siyasətindən qıcıqlanırlar. Amma 79 yaşlı Bayden nəzərə almalıdır ki, onun yaşının elə bir dövrüdür ki, o, dünyada sülh üçün çalışmalıdır və bu cür adla bu dünyadan köçməlidir. Əgər ermənilərə dəstək vermək istəyiridilərsə, bunun başqa yolunu tapmalıydılar. Paşinyanın sorosçu dəstəsini başqa cür də müdafiə etmək mümkündür. Ermənistanın Azərbaycana yönələn torpaq iddialarından qaynaqlanan bu münaqişədə onlar bu açıqlamaları ilə yadda qaldılar. Fransa senatının sədrinin açıqlaması ilə Fransa, Baydenin açıqlaması ilə ABŞ artıq vasitəçilik missiyasını yerinə yetirmək üçün öz mənəvi haqlarını itiriblər. Bunu açıq və uca səslə deməliyik. Sonda mən məmnun oldum, xalqımız da çox məmnun oldu ki, Azərbaycan prezidenti Türkiyə prezidentinə, siz, (spiker Sahibə Qafarova) Türkiyə Böyük Millət Məclisinin sədrinə müraciət etdiniz. Azərbaycanda 48 siyasi partiya birgə bəyanatla çıxış etdi. Qeyri Hökumət Təşkilatları, ziyalılar, media nümayəndələri bu məsələyə münasibət bildirdilər…”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ordusu Ağdərə istiqamətində irəlilədi – Video

Next Post

ABŞ səfirinin “soyqırım” açıqlaması erməniləri məyus etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
ABŞ səfirinin “soyqırım” açıqlaması erməniləri məyus etdi

ABŞ səfirinin “soyqırım” açıqlaması erməniləri məyus etdi

“Nə qədər ki, mən prezidentəm Rusiyaya sanksiya tətbiq olunmayacaq” - Vuçiç

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.