ABŞ prezidenti Co Baydenin Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı uğursuz zarafat etməsi amerikalıları qəzəbləndirib.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, görüntülər “Forbes Breaking News”-un “YouTube” kanalında yayımlanıb.
Xatırladaq ki, Bayden və Modi arasında görüş ötən cümə Vaşinqtonda baş tutub. Siyasətçilər danışıqlar aparıb, birgə mətbuat konfransı keçiriblər. Tədbirdən əvvəl Amerika lideri vəziyyəti ABŞ dövlət sirlərinin satılması ilə bağlı zarafatla aradan qaldırmaq qərarına gəlib.
“Mən sənsiz başladım və bir çox dövlət sirrini və paylaşdığımız bir çox vacib şeyi satdım”,-deyə Bayden qeyd edib.
Videoya şərhlərdə ABŞ sakinləri öz qəzəblərini bildiriblər. “O, heç zarafat etmir. O, ABŞ-dan olan ən böyük fırıldaqçıdır, hər şeydən qaçan siyasətçidir!”, – deyə bir sosial şəbəkə istifadəçisi yazıb. Şəbəkədəki zarafat iyrənc adlandırılıb və Baydenə son illərin bütün səhvləri xatırladılıb.
Maraqlıdır ki, Modinin səfəri zamanı Amerika lideri mövqeyi qarışdıraraq onu Hindistanın prezidenti adlandırıb. Bayden Hindistanın himnini oxuyarkən əlini ürəyinin üzərinə qoyub, onu Amerikanın himni ilə qarışdırıb.
Yeganə






