Bayıl sakinlərinin məskunlaşdığı məktəblə bağlı açıqlama

Bunu da oxuyun

Bayıl sakinlərinin müvəqqəti məskunlaşdığı 163 nömrəli tam orta məktəbin istilik sistemində heç bir problem yoxdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Bildirilib ki, məktəbdə məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir.

Qeyd olunub ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib: “Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb”.

Müvafiq qurumlardan onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728