Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada pilotsuz təyyarələrin istehsalına başlamaq niyyətindədir.
Elchi.az xəbər verir ki, Türkiyənin Baykar şirkəti 2025-ci ildə Ukraynada Bayraktar TB2 və Bayraktar Akıncı döyüş pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamaq niyyətindədir. Bu açıqlama ilə şirkətin baş direktoru Haluk Bayraktar çıxış edib.
“Baykar”ın yerli törəmə müəssisəsi olan “Avia Ventures” MMC-də tikinti işləri plan üzrə davam edir və açılışı 2025-ci ilə planlaşdırılıb”, – deyə “Yeni Akit” qəzeti şirkət rəhbərindən sitat gətirib. Zavodun tikintisi artıq davam edir. , həmçinin bildirildi ki, plana əsasən, zavod bu ilin iyulunda elektrikləşdirilə bilər.
Şayəstə Hüseynova





