Qırğızıstana səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Elchi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Nazir Kompleksin önünə əklil qoyub. Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.






