"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Blinkenin mesajını açıqladı: ABŞ-ın mövqeyi… – Video

22 Sentyabr 2022 - 13:17
in SİYASƏT

ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüş zamanı açıq bir mesaj verdi ki, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşü ilə bağlı danışarkən deyib.

Nazir ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasına töhfə vermək istədiyini vurğulayıb:

“Son dövr ərzində həm ABŞ dövlət katibi, həm də dövlət katibinin komandasında olan insanlar xeyli fəallıq göstərirlər. Onlar Ermənistan-Azərbaycan kontekstində normallaşmaya töhfə vermək istəyirlər və ciddi addımlar atırlar. Mən üçtərəfli görüşü bu baxımdan faydalı hesab edirəm. Dövlət katibi görüşdə açıq bir mesaj verdi ki, bütün çətinliklərə, fikir ayrılıqlarına baxmayaraq, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır. Hətta Dövlət Departamentinin görüşün nəticəsinə dair yaydığı açıqlamada da hər iki tərəfə sentyabrın sonuna kimi sülh müqaviləsi üzrə görüşün keçirilməsinə dair çağırış edilib”.

C.Bayramov üçtərəfli görüşdə nələrin müzakirə olunduğuna da diqqət çəkib:

“Görüşdə, ilk növbədə, 12-14 sentyabr tarixlərində iki dövlət arasında delimitasiya edilməmiş dövlət sərhədi ərazisində baş verən qarşıdurma, hərbi toqquşmanın həyata keçirilməsi və nəticələri ilə bağlı açıq şəkildə pozisiyamızı bildirdik. Ermənistan tərəfinin təxribata əl atması, daha sonra qarşı tərəfin qısa zaman ərzində əldə olunmuş atəşkəsi pozması, bununla da çoxsaylı itkilərə səbəb olması, bunun qəbuledilməzliyi ilə bağlı mövqeyimizi çatdırdıq. Eyni zamanda, bu vaxta kimi əldə olunmuş çoxsaylı razılaşmaların Ermənistan tərəfindən pozulması, o cümlədən Brüssel sülh gündəliyində əldə olunmuş razılaşmaların icrası səviyyəsində ləngimələr və süni problemlərin yaradılmasına diqqətimizi yönəltdik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı müdafiəni yarıb Naxçıvana çata bilərdi – Felgenhauer

Next Post

Sabah 4 rayonda qaz olmayacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Sabah Sumqayıtda qaz olmayacaq

Sabah 4 rayonda qaz olmayacaq

Goranboyda direktor müəlliməni döydü – DİN-dən açıqlama

Goranboyda direktor müəlliməni döydü - DİN-dən açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.