"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Mirzoyanla yenidən görüşə bilər: Ermənistana təzyiq üçün platforma!

21 Sentyabr 2022 - 13:15
in SİYASƏT

“ABŞ bu ayın sonunadək Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanı yenidən bir araya gətirmək niyyətindədir. Bu barədə ABŞ Dövlət departamentindən bildirilib.
Hər iki baş diplomat bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nyu- Yorkda bir araya gəlmişdilər. Görüş zamanı Blinken bildirmişdi ki, gərginliyin azaldılması və tərəflərin diplomatiya masası arxasına qayıtmaları vacibdir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Ümumiyyətlə, Ağ ev son vaxtlar Cənubi Qafqaz məsələsində xüsusi fəallıq göstərir. Əlbəttə, bu, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması ilə bağlıdır. Vaşinqton bu fürsətdən istifadə etmək niyyətindədir.
ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker bir müddət əvvəl Bakı və İrəvana səfər etdi. Bundan sonra Ermənistan sərhəddə genişmiqyaslı təxribata başladı və döyüşlər bir neçə gün çəkdi. Döyüşlər bitəndən sonra ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi Ermənistana getdi. O, İrəvanda rəsmi görüşlər keçirdi. Xanım siyasətçi Ermənistanda olarkən Azərbaycanla bağlı birmənalı olmayan bəyanat verdi. O, bizi Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etdi, ABŞ – ın Azərbaycana qarşı sanksiyalar hazırladığını bildirdi.
Şübhəsiz ki, bu hadisələr bir – birindən əlaqəsiz deyil. Baş verənlər Vaşinqtonun regionla bağlı siyasətinin tərkib hissəsidir.
ABŞ regionda “suların durulmasını” istəmir. Və Vaşinqtonu düşündürən heç də Azərbaycanın suverenliyi deyil. Əgər belə olsa idi, ABŞ Minsk Qrupunun həmsədri kimi ötən 30 il müddətində ciddi addımlar atardı. İkincisi, vaxtı ilə qəbul olunmuş 907- ci düzəliş ləğv olunmadıqca Ağ evin səmimiliyindən danışmaq olmaz. Və son proseslər, o cümlədən Pelosinin naqolay bəyanatı da göstərir ki, ABŞ- ın qayğısı sadəcə regional maraqlarından, Rusiyanın Cənubi Qafqazdakı təsir dairəsinin azalmasından ibarətdir.
Sentyabrın sonunadək Bayramovla Mirzoyanın növbəti dəfə görüşməsi mümkündür. Doğrudur, gözləntilər fərqlidir. Bakı sərhədlərin dəlimitasiya və demarkasiyasını, ərazi bütövlüyümüzün tanınmasını, Vaşinqton regional maraqlarının təmin olunmasını, İrəvan isə proseslərin uzanmasını istəyir. ABŞ – ın Azərbaycan və Ermənistana münasibəti fərqlidir. Vaşinqton İrəvana qarşı təzyiq mexanizmlərindən mümkün qədər istifadə edir, Bakı ilə isə əməkdaşlığa davam etməyə çalışır. Çünki Azərbaycan Qərb dünyası, o cümlədən ABŞ üçün vacib tərəfdaşdır. Doğrudur, ABŞ – da erməni lobbisinin ciddi təsiri var. Buna baxmayaraq, Ağ ev üçün Azərbaycanın maraqları daha vacibdir, nəinki Ermənistanın.
Düşünürəm ki, eyni ilə Rusiya kimi ABŞ – ın vasitəçiliyi ilə keçiriləcək görüşlərdən də ciddi nəticə gözləmək lazım deyil. Buna baxmayaq, indiki məqamda təkliflərə etiraz etmək doğru olmaz. Əksinə, görüşlərə getməklə xoş niyyətimizi göstərməliyik. Bundan başqa, vasitəçilərin iştirakı ilə görüşlərin intensivləşməsi nəticəsində Ermənistana təzyiqlər artır. Biz bu cür görüşlərdə tələblərimizi, Ermənistanın torpaqlarımıza qarşı ərazi iddialarını gündəmə gətirməklə hansısa uğura nail ola bilərik. Yəni belə üçtərəfli görüşlər daha çox rəsmi Bakının haqlı mübarizəsi istiqamətində İrəvanə təzyiqi üçün platforma kimi qiymətləndirilməlidir.
Ermənistan tədricən sıxışdırılır. Azərbaycan, Türkiyə, Rusiya və Qərbin tələbləri İrəvanı çıxılmaz duruma salır. Ermənistanın bu “dalandan” çıxmasının yeganə yolu Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə diplomatik münasibətlərin bərpasıdır. Yalnız bu halda üçüncü qüvvələr Ermənistana təsir edə bilməyəcək”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Payız Azərbaycana nə vaxt daxil olur?

Next Post

Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq

Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq

Bakıda 30, bölgələrdə 33 dərəcə isti olacaq

Sabahın hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.