"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Orliçlə görüşdü: reinteqrasiya prosesi…

07 Oktyabr 2023 - 10:24
in SİYASƏT

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.

Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.

Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bu gün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.

Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.

Vladimir Orliç, Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Next Post

İsrail ordusu “müharibə xəbərdarlığı” elan etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İsrail ordusu “müharibə xəbərdarlığı” elan etdi

İsrail ordusu "müharibə xəbərdarlığı" elan etdi

Qəzza zolağından gələn silahlı qruplar İsrail bölgələrində

Qəzza zolağından gələn silahlı qruplar İsrail bölgələrində

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.