"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Şəhriyə Ermənistanın siyasətindən danışdı

11 Yanvar 2023 - 21:35
in SİYASƏT

Yanvarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz bin Abdulla əl-Şəhri arasında görüş keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsindən Elchi.az-a bildiriblər ki, görüş zamanı nazir Ceyhun Bayramov ölkələrimiz arasında tarix, mədəniyyət, din baxımından çoxlu ortaq cəhətlərin olduğunu vurğulayıb. Diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində əlaqələrimizin müsbət dinamika ilə inkişaf etdiyi və bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub.

Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilib. Həmçinin ötən ilin dekabrında Bakıda iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının uğurla keçirildiyi qeyd olunub.

Görüşdə, həmçinin iki ölkə arasında alternativ enerji resurslarının inkişafı, turizm və digər istiqamətlərdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə qarşı tərəfə məlumat verib. Bu xüsusda, Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi məmnunluqla vurğulanıb. Həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb.

Görüşdə, Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəbləri qarşı tərəfin diqqətinə çatdırılıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib.

Faiz bin Abdulla əl-Şəhri ölkələrimiz arasında bir sıra istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, belə əməkdaşlığın gələcəkdə daha da genişlənməsinə ümidvar olduğunu bildirib.

Görüş zamanı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gerasimov Ukraynadakı əməliyyatlara komandanlıq edəcək

Next Post

TƏBİB-in işçilərinə xoş xəbər: Maaşlar artırıldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
TƏBİB-in işçilərinə xoş xəbər: Maaşlar artırıldı

TƏBİB-in işçilərinə xoş xəbər: Maaşlar artırıldı

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.