"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramovun müavinindən sülh sazişi ilə bağlı açıqlama

30 Oktyabr 2023 - 14:43
in SİYASƏT

Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.

“Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir. Bunu Prezident İlham Əliyev də hər zaman qeyd edir. Belə ki, 2021-ci ilin fevral ayında Azərbaycan Ermənistana hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı rəsmi təklif göndərmişdi. Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib. Eyni zamanda, beynəlxalq ictimaiyyətə, bu prosesdə yardımçı olan üçüncü ölkələrə, üçüncü tərəflərə də bu barədə məlumat verilib”, – deyə nazir müavini xatırladıb.

O əlavə edib ki, Ermənistan yalnız 2022-ci ilin avqustunda keçirilmiş növbəti görüşdən sonra Azərbaycan tərəfi ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması barədə qərar verib:

“Demək olar ki, təxminən ilyarım müddət ərzində Ermənistan ümumiyyətlə, bu təklifə qarşılıq vermirdi. Son bir il ərzindəki dövrü götürsək, bir neçə platformada sülh danışıqları aparılıb, gələcək sülh sazişinin şərtləri ilə bağlı qarşı tərəfə konkret, müfəssəl təkliflər verilib. Ermənistan da Azərbaycana şərhlərini və mövqeyini təqdim edib”.

Elnur Məmmədov vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında israrlıdır:

“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov Çində şirkət rəhbərləri ilə görüşdü

Next Post

Azərbaycanın kunfu millisi dünya çempionatında 37 medal qazanıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azərbaycanın kunfu millisi dünya çempionatında 37 medal qazanıb

Azərbaycanın kunfu millisi dünya çempionatında 37 medal qazanıb

İran mediası Dağıstanda iğtişaşlara dəstək verdi

İran mediası Dağıstanda iğtişaşlara dəstək verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.