Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53300 ədəd partlayıcı oyuncaq müsadirə olunub.Daxili İşlər Nzairliyindən azvision.az -a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Qaradağ və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53300 ədəd partlayıcı oyuncaq götürülüb.



