Elchi.az xəbər verir ki, BBC Twitter-in platformadakı əsas hesablarından birinə “hökumət tərəfindən maliyyələşdirilən media orqanı” ifadəsini əlavə etməsinə etiraz edib.
Problemi ən qısa zamanda həll etmək üçün “@BBC” istifadəçi adı olan hesabla bağlı sosial media platforması ilə danışdıqlarını bildirən yayımçı, “BBC müstəqildir və bu həmişə belə olub. “Biz gəlirimizi Britaniya ictimaiyyətinin ödədiyi illik televiziya lisenziyası ödənişlərindən əldə edirik.”
Məsələ ilə bağlı Twitter ilə əlaqə saxlanılıb.
Böyük Britaniyada canlı TV yayımlarına baxmaq üçün qanunla tələb olunan illik 159 funt sterlinq lisenziya haqqı hökumət tərəfindən müəyyən edilir.
Ancaq ödənişi ölkədə yaşayan ev təsərrüfatları edir.
Lisenziya haqqı BBC-nin televiziya, radio, xəbər saytları, podkastlar və proqramlar kimi xidmətlərini maliyyələşdirir.
Şayəstə





