"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BƏƏ-də COP28 çərçivəsində Azərbaycanın mina probleminə dair tədbir keçirilib

04 Dekabr 2023 - 10:54
in DÜNYA

BƏƏ-də COP28 çərçivəsində Azərbaycanda mina probleminə dair yan tədbir keçirilib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də iştirak edib.

Azərbaycanın COP-28-dəki pavilyonunda “Mina təhlükəsi ilə mübarizə – yaşıl gələcək: minalarının ətraf mühitə təsirlərinin azaldılması” adlı yan tədbir keçirilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını, ərazilərin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kv.km ərazinin təhlükəli hesab edildiyini diqqətə çatdırıb.

Bildirib ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Keçirilən yan tədbir bu istiqamətdə dialoqun təşviqi, biliklərin mübadiləsi və qlobal olaraq aktual problemin həllində birgə səylərin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qalıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır.

Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib.

Yan tədbir çərçivəsində biomüxtəlifliyin qorunması və ekoloji reabilitasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramı mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, eləcə də Minaların Təmizlənməsi üzrə Qlobal Məsləhətçi, BMT İP-nın Böhran Bürosu üzrə nümayəndəsi Steinar Essen iştirak edib.

Tədbirdə iştirak edən Münaqişələr və Ətraf Mühit Müşahidələri üzrə qurumun Ətraf Mühit Siyasəti üzrə Mütəxəssisi Linsey Cottrell mövzunun BMT-nin gündəliyi üçün maraqlı olduğunu, minaların ekosistemə təsiri istiqamətində BMT qurumları ilə tərəfdaşlığın gələcək perspektivlərinin mövcudluğunu, həmçinin minaların tərkibində olan toksik maddələrin ətraf mühitə təsirləri üzərində çalışmalara başlanıldığını qeyd edib.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan müxalifəti parlament qarşısında etiraz aksiyası keçirir

Next Post

Zelenskiyə ABŞ-dan gələn təhlükə barədə xəbərdarlıq edildi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Zelenskiyə ABŞ-dan gələn təhlükə barədə xəbərdarlıq edildi

Zelenskiyə ABŞ-dan gələn təhlükə barədə xəbərdarlıq edildi

“Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər…

“Heydər Əliyev İli"nə həsr olunmuş silsilə tədbirlər...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.