Azərbaycan Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək niyyətindədir.
Elchi.az-ın `Belta`ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Bakıda keçirdiyi görüş zamanı bildirib.
`Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu gün ikitərəfli format həyatımızın demək olar ki, bütün sahələri əhatə edir və ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsi gedir. Biz hazırda də yeni istiqamətləri müəyyənləşdiririk`.
Azərbaycan prezidenti vurğulayıb ki, son illər ərzində ölkələr ikitərəfli əməkdaşlıqda bir çox məsələlər həll edib: `Biz dostuq və tərəfdaşıq. Bütün məsələlərdə bir-birimizi həmişə dəstəkləmiş və dəstəkləyirik. Əminəm ki, bu səfər əməkdaşlığımızın inkişafına yeni təkan verəcək`.




