Elchi.az xəbər verir ki, bu barədə Nazirlikdən verilən açıqlamada bildirilib ki, Təhlükəsizlik Şurasının rəhbərliyi ilə nəzarət Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə qəfildən başlayıb.
Alınacaq tədbirlərin kompleks xarakter daşıyacağı qeyd edilən açıqlamada, “Qoşunlar ən qısa zamanda təyin olunmuş bölgələrə irəliləyəcək, mühəndis avadanlıqlarından istifadə edəcək, təhlükəsizlik və müdafiəni təşkil edə biləcək. Neman və Berezina çayları üzərində də hərbi körpü keçidləri tikiləcək.
Bu müddət ərzində hərbi texnika və şəxsi heyətin hərəkətdə olacağına diqqət çəkilərək, vətəndaşların gediş-gəlişinə açıq olan bəzi yollarda və ərazilərdə müvəqqəti olaraq məhdudiyyətlər qoyula biləcəyi bildirilib.
Şayəstə




