Belarus Rusiya istehsalı olan ərzaq məhsullarının idxalına qadağa qoyub
Belarus hakimiyyəti Rusiyada istehsal olunan bir sıra ərzaq məhsullarının ölkəyə idxalını qadağan edib.
Elchi.az-ın “Report”a istinadən məlumatına görə, bu haqda “BBC” xəbər yayıb. Məlumata görə, bu siyahıya makaron növləri və üyüdülmüş “Mokka” qəhvəsi daxil edilib.
Belarusun baş sanitar həkimi İqor Qayevski bildirib ki, bu ərzaq məhsulları sanitar normalarına uyğun deyil.
Xatırladaq ki, bu il noyabrın sonu – dekabrın əvvəlindən Rusiya Belarusda istehsal olunan ət və süd məhsullarının ölkəyə idxalını dayandırıb. Rusiyanın müvafiq qurumu bu addımını həmin məhsuların sanitar-epidemiolji normalara cavab verməməsi ilə əsaslandırıb.




