Belarusun Dövlət Sərhəd Mühafizə Komitəsi Ukraynanı sərhəddə təhlükəli vəziyyət yaratmaqda ittiham edib.
Elchi.az bu barədə “BelTA”-ya istinadən xəbər verir.
Qeyd edilib ki, sərhədçi kimi tanınması mümkün olmayan, nişansız silahlı şəxslər daim Ukrayna tərəfdən sərhədə yaxınlaşır. Onar sərhədə yaxınlaşaraq silahlarını Belarus sərhədçilərinə doğru yönəldir və təhlükəli vəziyyət yaradırlar.
Bununla əlaqədar Belarusun Dövlət Sərhəd Mühafizə Komitəsi rəislərin iş rejimlərinin gücləndirilməsi və strukturdankənar vəziyyətə cavab vermək üçün daha güclü ehtiyatın yaradılması barədə qərar qəbul edib.
Yeganə





