Belçika artıq Ukrayna Silahlı Qüvvələrinin 700 əsgərinə təlim keçib və tezliklə ukraynalı pilotların təliminə başlayacaq. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Ludivine Dedonder “Le Soir” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, hərbçilərin əksəriyyəti Almaniya və Polşada təlim keçib. “Bu günə qədər Belçika 700-dən çox Ukrayna əsgərinə təlim keçib və biz snayperlər və istehkamçılar da daxil olmaqla intensiv təlimləri davam etdiririk”, – nazir deyib.
Havar Şəfiyeva





