Belçikanın keçmiş kraliçası Fabiola Brüsselin şimalındakı Steyvenberq sarayında 86 yaşında dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı “The Daily
Mail” yayıb.
Mail” yayıb.Ölümün rəsmi səbəbi açıqlanmır. Uzun illərdir Fabiola osteoporoz xəstəliyindən əziyyət çəkib. 2009-cu ildə ağciyər soyuqlaması onun səhhətinə ciddi təsir edib.
Fabiola 1960-cı ildə kral Boduenlə ailə qurduqdan sonra Belçikanın kraliçası olub. Onun həyat yoldaşı 1993-cü ildə dünyasını dəyişib.












