Belçika Avropa Komissiyasının Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avro məbləğində maliyyə yardımı proqramının maliyyələşdirilməsi üçün Avropa İttifaqının büdcəsinə töhfələrin artırılması tələbini dəstəkləməyəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kros bildirib.
“Aİ-nin çoxillik büdcə planına gəlincə, Avropa Komissiyasının bu gün danışıqlar masası üzərindəki təklifləri bizim üçün qəbuledilməzdir.
Onun sözlərinə görə, maliyyələşdirmə prioritetləri üzv ölkələrdən böyük töhfələr tələb etməkdənsə, Ukraynanın ehtiyaclarına gəldikdə dəyişdirilməlidir.
Bundan əvvəl Belçika Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinovu casusluqda və Rusiya Xarici Kəşfiyyat Xidmətində işləməkdə şübhəli bilirdi. Ölkənin təhlükəsizlik xidməti hesab edir ki, rusiyalı diplomat Avropa maraqlarına zidd olan qanunsuz fəaliyyətlə məşğuldur.
Havar Şəfiyeva






