Belçikada Brüssel hücumunda şübhəli bilinən şəxs zərərsizləşdirilib
Elchi.az “VRT News”ə istinadən xəbər verir ki, Belçika polisi İsveçdən olan iki azarkeşə hücumda əli ola biləcək şəxsi zərərsizləşdirib.
Yerli Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bununla belə, daxili işlər naziri Annelies Verlindenin şərhinə əsasən, onun hücumçu olduğuna dair tam əminlik yoxdur.
Qeyd olunur ki, şübhəlinin məhvi paytaxt kafelərindən birində baş tutub. Onlar hücumun həyata keçirildiyi silahı tapıblar.
Havar Şəfiyeva






