Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səmada Ukraynaya məxsus S-200 raketini ələ keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Növbəti hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus S-200 raketini ələ keçirib”, – Müdafiə Nazirliyinin teleqram kanalında bildirilir.
Onlar əlavə ediblər ki, hücum yer hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş konvertasiya edilmiş S-200 zenit raketindən istifadə etməklə həyata keçirilib.
Nuranə Məmmədova






