İsrailin müdafiə naziri Benni Qantz və Fələstin Prezidenti Mahmud Abbas arasında görüş baş tutub.
Elchi.az xəbər verir ki, görüşdə təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsi və iqtisadi və mülki tədbirlərin reallaşdırılması müzakirə edilib.
“Tayms of İsrail” İsrail müdafiə nazirinin təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraqları önə çəkib, terrorizm və təcavüzün qarşısının alınması, stabilliyin saxlanılması haqda fikirlərini bölüşüb.
“Görüşdə problemin siyasi həll yolları müzakirə edildi”, – bu sözləri isə M.Abbasın İsraillə əlaqələrdən məsul olan müşaviri Abbas Hüseyn əş-Şeyx bildirib.




