"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Benzin ən azı, 30% ucuzlaşa bilər

08 Fevral 2016 - 09:33
in aktual-banner, Banner

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

   Azərbaycanda benzin ən azı, 30% ucuzlaşa bilər

Ekspertlər buna gedilməməsinin səbəblərini göstərir, rəsmi qurumlar isə vəziyyəti əsaslandırmağa çalışır…

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi digər ölkələrdən fərqli olaraq, Azərbaycanda benzinin ucuzlaşmasına səbəb olmur. Hətta SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə bildirib ki, “Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur”. 
Onun sözlərinə görə, bizdə neftin qiymətini Tarif Şurası Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir: “Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda neftin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”,- deyə SOCAR prezidenti bildirib. 
Ekspertlər isə benzinin ucuzlaşmaması üçün əsas olmadığını vurğulayırlar. Ekspert Samir Əliyevin sözlərinə görə, yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər. Bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından bu, aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər”.
Onun sözlərinə görə, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı: “Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt ”qara qızıl”ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpik olub. İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırıq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100 faiz Azərbaycan istehsalıdır. Xammalı da, istehsalı da. Bəs, onda niyə yanacaq baha saxlanılır? 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar”.
 
Ekspert Vüqar Bayramov qeyd edib ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Onun sözlərinə görə, benzinin ucuzlaşması bir çox sahələrdə xərclərin azalmasına, gəlirlərin artmasına səbəb olacaq: “Azərbaycanda benzinin qiymətinin ucuzlaşması ilə bağlı ümumi tarazlıq modelindən istifadə edilir. Biz ümumi tarazlıq modelinə əsasən benzinin qiymətinin neçə faiz ucuzlaşmasının iqtisadiyyata nə qədər müsbət təsirlərinin olmasını müəyyənləşdirməyə çalışırıq. Bizim modelimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin  30 faiz ucuzlaşması mümkündür. Benzinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması imkan verəcək ki, digər sahələrdən qazanılan dəyər vergisi çox olsun”. O, qeyd edib ki, benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların  xərcinin də azalmasına imkan verəcək.
Ekspert Natiq Cəfərli də benzinin qiymətinin əvvəlki həddə qalmasının normal olmadığını vurğulayıb:“Bunun yeganə səbəbi bazarda inhisarçı şirkətin olmasıdır. ”SOCAR Trade” şirkəti bu işdə digər treyderlərin iştirakına imkan vermir və mövqeyindən istifadə edərək benzinin qiymətini yenə də həmin həddə saxlayır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Firudin Cəlilov təcili Türkiyəyə aparıldı – Yenidən əməliyyat olunacaq

Next Post

Sulu qar və qar yağacaq

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Sulu qar və qar yağacaq

Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.