"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Benzinin litri 65 qəpiyə endi – BİZDƏ YOX

15 Oktyabr 2014 - 16:02
in İQTİSADİYYAT

68090_res_01Bu gün dünya mediasının əsas xəbəri neftin qiymətlərinin kəskin enməsi və bunun Rusiya kimi neft ölkələrinə təsiri barədədir.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Virtualaz.org saytı xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məqaləsində Nyu-York birjasında dünənki hərracda neftin birdən-birə 4 dollar ucuzlaşması xatırladılır.

Qəzet yazır ki, bəzi analitiklər qiymətin daha 10 dollar aşağı enəcəyini proqnozlaşdırır. Bunun əsas səbəbi dünyada neftə olan tələbatın azalması, neft hasilatının isə əvvəlki səviyyədə qalmasıdır.

“Citigroup”dan analitik Ed Mors deyir ki, gələn il ABŞ-da neft hasilatı yenidən artacaq və nəticədə gələn də neftin qiymətinin aşağı olacağı qaçılmazdır.

OPEK isə hasilatı azaltmaq istəmir. Səudiyyə Ərəbistanı bazarda payını saxlamaq üçün hasilatı azaltmaqdan imtina edib, İran da neftin aşağı qiymətləri ilə barışmağa hazır olduğunu bildirib.

Xam neftin qiymətinin düşməsi benzini də ucuzlaşdırıb. Qəzet yazır ki, hazırda ABŞ-da parakəndə satışda benzin 15 faizdən çox ucuzlaşıb və orta hesabla bir qallonu 3,17 dollara satılır. Qeyd edək ki, bir qallon 3,8 litrə yaxındır və bu göstərici ilə hesablayanda ABŞ-da benzinin litri 83 sentə, yaxud Azərbaycan valyutası ilə hesablayanda cəmi 65 qəpiyədir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda ən ucuz benzinin litri hazırda 70 qəpikdir, 95 oktanlı benzin isə 1 manata yaxındır.

İqtisadçı Bretta Rayan deyir ki, ABŞ-da benzinin 1 sent ucuzlaşması amerikalıların enerjidaşıyıcılarına illik xərclərinin 1 milyard dollar azalması deməkdir.

Doğrudur, bu qənaət ÜDM-in artımına səbəb olmur, lakin amerikalı istehlakçılar və şirkətlər üçün olduqca sərfəlidir.

Bəs neftin ucuzlaşması dünya ölkələri üçün hansı nəticələr meydana çıxaracaq?

Qəzetin yazdığına görə, Venesuela kimi neft ölkələrində siyasi böhran mümkündür. Bu ölkədə onsuz da dollar qıtlığı hökm sürür, dollar tapa  bilməyən iş adamları ölkəyə ərzaq, avtomobil və digər tələbat malları idxal edə bilmir.

Lakin Yaponiya, Cənubi Koreya və Tayvan kimi ölkələrin iqtisadiyyatları bu ucuzlaşmadan yəqin ki, udacaq. Çünki bu ölkələr enerjidaşıyıcılarında idxaldan asılıdır.

Hazırda iqtisadi artımın zəiflədiyi Çin üçün də neftin ucuzlaşması sərfəlidir. Çünki bu ölkə də neftə tələbatını əsasən idxal hesabına ödəyir.

Hindistan da ucuzlaşmadan sevinir, çünki hökumət enerjidaşıyıcılarının qiymətini aşağı saxlamaq və beləliklə inflyasiyanı cilovlamaq  üçün nəhəng subsidiyalar ayırmalı olur.

Rusiya Mərkəzi Bankı isə neftin qiymətinin 60 dollara enməsi halına qarşı “şok ssenarisi” hazırlayır. İqtisadçılar deyirlər ki, neftin ucuzlaşması Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Onsuz da bu il Rusiyada iqtisadi artım 0,5 faizdən çox olmayacaq.

Aparıcı rusiyalı siyasətçilər və top-menecerlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı Rusiya iqtisadiyyatına və Putinə zərbə vurmaq üçün nefti ucuzlaşdırır.

Neftin ucuzlaşması hasilatçı şirkətlərə də ciddi zərbədir. Bundan iri Qərb neft şirkətləri ciddi ziyan çəkəcək. “Bernstein” şirkətinin hesablamalarına görə, “Royal Dutch Shell” və BP kimi iri şirkətlərin neftdən qazanc götürməsi üçün qiymət heç cür 85 dollardan aşağı olmamalıdır.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Kəlbəcər girovları”nın buraxılması üçün ciddi tələb

Next Post

Keçmiş polis rəisinin adı keçən qətllə bağlı şok açıqlamalar…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Keçmiş polis rəisinin adı keçən qətllə bağlı şok açıqlamalar…

Ronaldo = Messi+Runi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.