"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Benzinin “qiymət oyunu” hökuməti ciddi düşünməyə vadar edir

16 Yanvar 2015 - 20:30
in İQTİSADİYYAT

Ekspertlərin fikrincə, hökumət bu il bahalaşmaya gedərsə, daha diqqətli olacaq

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

bazarÖlkədə benzinin qiymətinin iki gün ərzində qalxıb-enməsi cəmiyyət, eləcə də, iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmır. Benzinin bahalaşmasından dərhal sonra ölkədə yeni bahalaşma dalğasının olacağı barədə verilən anonslar isə hələlik ancaq ərzaq məhsullarının qiymətindəki azacıq artımda özünü göstərir.
Ekspertlərin fikrincə, benzindən sonra digər məhsullarla bağlı bahalaşma xəbərlərinin olacağı da ehtimal edilirdi. Əsasən, kommunal və nəqliyyat xərclərinin bahalaşama ehtimalı daha yüksək idi.
Bəs, benzinin qiyməti əvvəlki həddinə qaytarılandan sonra vəziyyət necədir? Kommunal xərclərin bahalaşma ehtimalı hələ də qalırmı?
İqtisadçıların və rəsmi qurumların bu suallarla bağlı fikirləri birmənalı deyil.
İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı musavat.com-a bildirib ki, böyük ehtimalla hökumət bahalaşma məsələlərində bu il həssas davranacaq: “Məhz benzinin qiymətinin köhnə vəziyyətə qaytarılması onu göstərdi ki, onun yaradacağı psixoloji təsirlər əvvəlcədən hesablanmamışdı. Bu təsirlərin çox ciddi olacağını nəzərə alaraq, qiymətləri əvvəlki həddə qaytardılar. Düşünürəm ki, bundan sonra hökumət qiymət artımı ilə bağlı ciddi davranacaq. Qiymət artımına çalışdıqda yüz ölçüb, bir biçəcək. Bu ilin seçki ili olduğunu da nəzərə alaraq, əks təsirləri hesablamağa çalışacaq. Ancaq neftin ucuzlaşmasından dolayı ölkənin gəlirlərinin ciddi şəkildə azalması da baş verəcək. Bu halda da hökumət bahalaşma üçün addım atmağa məcbur olacaq. Məsələn, il ərzində aksiz və vergilərə yenidən baxılması məsələsi gündəmə gələ və hökumət artımlara gedə bilər”.
Ekspertin sözlərinə görə, nəqliyyat xərclərində hökumət daha konservativ mövqe ortaya qoyacaq: “Yaxın gələcəkdə qiymət artımına ola bilər ki, gedilməsin. Ancaq ilin sonuna qədər neftin qiyməti indiki həddə qalsa, hökumət 2016-cı ilin büdcə problemlərini nəzərə alaraq, qiymət artımları ilə bağlı müəyyən addımlar atmağa məcbur ola bilər.
Göründüyü kimi, depozitlərə qoyulmuş vergi səs-küyə səbəb olsa da, hökumət onu ləğv etmədi. Bu da məcburiyyət qarşısında qalınıb, atılmış addım idi. Hökumət bunun üçün müxtəlif üsullara əl atmaq məcburiyyətində qalıb. Yəni əsas məsələ neftin qiymətinin hansı həddə olmasından asılı olacaq”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət bahalaşmaya getmək məsələsində ciddi şəkildə düşünəcək: “Bu il həssas dövrdür. Çünki bir tərəfdən dünyada neftin qiymətinin ucuzlaşması səbəbində qiymətlər aşağı düşür. Digər tərəfdən də parlament seçkisi ili olduğundan, hökumət bahalaşmağa getməsi ehtimalı aşağıdır. Əgər yanacağın qiyməti artırılsaydı, bu halda növbəti artım nəqliyyat sektorunda olardı. Amma yanacağın yenidən əvvəlki səviyyəsinə salınması onu göstərir ki, hökumət artıma getmək niyyətində deyil. Ona görə də kommunal xidmətlərin bahalaşmasını bu il gözləmirəm. Ən azı noyabra qədər yəqin ki, bahalaşma olmayacaq”.
Tarif Şurasının mətbuat katibi Abbas Əliyev isə məsələ ilə bağlı bildirib ki, dövlət başçısının göstərişi bahalaşma meyllərini zərərsizləşdirib: “Ümumiyyətlə, benzinin qiymətinin dəyişməsi ilə bağlı müəyyən meyllər müşahidə olunsa da, prezidentin humanist addımından sonra bazarda bahalaşma meyllərinin qarşısı tamamilə alındı. Yəni prezident bu meyllərin qarşısını aldı, hər hansı artım meylləri müşahidə olunmur”.
Onun sözlərinə görə, yaxın vaxtlarda Tarif Şurasına qiymət artırılması üçün hər hansı təklif daxil olmayıb:“Kiçik qiymət dəyişikliyi nəqliyyatda sərnişindaşıma tariflərinin qaldırılmasına, eyni zamanda, metronun gedişhaqqının qaldırılmasına əsas yaratmırdı. Bununla belə, istehlak bazarında qiymətlərin artırılması ilə bağlı hər hansı meyllərin qarşısını belə, cənab prezidentin humanist addımı tamamilə aldı. Bazarda bu gün artım meylləri müşahidə olunmur. İstehlak bazarında da qiymətlərin stabilliyi hökm sürür”.
Qeyd edək ki, əksər ekspertlər benzinin bahalaşma qərarını doğru addım hesab edirlər. Həmçinin Tarif Şurasının əvvəlki qərarı əsaslandırılmış deyil. Bu fakt ölkədə iqtisadi qərarların siyasi maraqlar üzərindən tənzimlənməsi kimi də xarakterizə edilir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda avtobusda özbaşınalıq: "Kimə istəyirsiniz şikayət edin" – VİDEO

Next Post

Ərdoğandan “Charlie Hebdo” jurnalı haqda sərt sözlər…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ərdoğandan “Charlie Hebdo” jurnalı haqda sərt sözlər...

Xədicə İsmayıla dəstək plakatları yapışdıran fəallar həbs ediliblər

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.