"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Benzinin qiyməti ilə bağlı açıqlama: “Stabil saxlamaq mümkünsüzdür”

14 Oktyabr 2019 - 17:29
in İQTİSADİYYAT

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini 24 oktyabra kimi dayandırıb. Zavodda istehsal olunan və ölkədaxili tələbata yönəldilən Aİ-92 markalı benzinin təmir müddətində tələbatdan asılı olaraq idxalına qərar verilə bilər.Bəs yarana biləcək benzin qıtlığını aradan qaldırmaq üçün Aİ-92 markalı benzinin idxalına qərar verilməsi onun qiymətinin artmasına gətirib çıxaracaqmı?
“Yeni Sabah” xəbər verir ki, məsələni şərh edən iqtisadçı ekspert Pərviz Heydərova görə Nazirlər Kabinetinin Aİ-92 markalı benzinlərin ölkəyə idxalına tətbiq olunan müvafiq gömrük rüsumları sentyabrın 1-dən 90 gün müddətinə aradan götürmək haqqında qərarı ilə yanacağın qiymətlərini sabit saxlamaq qeyri mümkündür: 
“Ümumiyyətlə, statistikanın verdiyi rəqəmlərə əsasən, ötəri təhlil aparsaq, istənilən halda orta perspektivdə benzinin qiymətlərinin artmasının qaçılmaz olduğu əyani görünür. 
Əgər ölkə iqtisadiyyatı inkişaf edirsə, yanacağa tələbat daim yüksəlir. Bu, bir aksiomadır, yəni dünya iqtisadiyyatında belə iqtisadi artım zəifləyəndə neftin qiyməti aşağı düşür, əks proses gedəndə isə artım müşahidə edilir”.
Ekspert hesab edir ki, ölkə iqtisadiyyatında, ümumi daxili məhsulda artım, əhalinin gəlirlərində, həyat tərzində yüksəliş varsa, bu zaman yanacağa tələbat artmaqda davam edəcək:
“Bunu qarşılayan isə adı çəkilən təmirə dayandırılan istehsal sahəsidir. Həmin müəssisənin isə Aİ-92 markalı neft istehsalı tələbatı tam şəkildə ödəmir. Rüsumların ləğvi yolu ilə daxildə yanacağın qiymətlərini stabil saxlamaq mümkünsüzdür. Buna nail olunsa belə, sabitliyi çox qısa zamanda saxlamaq olar. Belə olan halda Aİ-92 benzin markasının pərakəndə satış qiymətinin idxal xərcləri ilə əlaqədar olaraq, müvəqqəti artması iqtisadi cəhətdən qaçılmaz və labüddür. Digər tərəfdən, istənilən halda strateji məhsulların qiymətləri tələbata uyğun şəkildə mərhələli olaraq bir neçə ildən bir artmalıdır və bu da iqtisadiyyatın əsas qanunlarından biridir. Bu mənada əhali, vətəndaşlar və istehlakçılar anlamalıdılar ki, Aİ-92 ilə bağlı yaranmış situasiya, bazarın inkişaf dinamikası onu diktə edir ki, bu növ benzinin qiymətlərinin yaxın müddətdə artmamaq ehtimalı yoxdur”.
Xatırladaq ki, cari ilin ilk yarısında ölkədə avtomobil benzininə tələbat 4,2% artıb. Son 30 ildə şəxsi minik avtomobillərinin sayı 4 dəfə artaraq 1,2 milyona çatıb və ildən ilə artmaqdadır. 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Türkiyə ordusu 2 rayon, 1 qəsəbə və 56 kəndi terrorçulardan təmizləyib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Türkiyə ordusu 2 rayon, 1 qəsəbə və 56 kəndi terrorçulardan təmizləyib

Türkiyə ordusu 2 rayon, 1 qəsəbə və 56 kəndi terrorçulardan təmizləyib

İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.